Blinken İsrail XİN başçısını NATO-nun yubiley sammitinə dəvət edib

ABŞ dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri İsrael Katsı iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etməyə dəvət edib.

Azpost.info xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

NATO-nun yubiley sammiti Şimali Atlantika Müqaviləsi imzalanmasının 75-ci ildönümü şərəfinə 2024-cü il iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.

Azpost.info

Əvvəlki məqalə

Şahzadə Diananın paltarları hərracda ağlasığmaz qiymətə satılıb –

Sonrakı məqalə

ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür