Blinken Kiyevə niyə gəlib?- Kremldən AÇIQLAMA

Kreml ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə səfərindən xəbərdardır.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, səfər Kiyevdə, Avropada və ABŞ-da xüsusi əməliyyatla bağlı əsəbilik fonunda baş verir.

Peskov əlavə edib ki, Rusiya öz məqsədlərindən əl çəkmək niyyətində deyil.

“Hələ şərh etməyə bir şey yoxdur. Biz bilirik ki, cənab Blinken Kiyevə gəlib. Biz həmçinin hazırda təkcə Kiyevin özündə deyil, həm də Vaşinqtonda, Avropa paytaxtlarında xüsusi hərbi əməliyyatla bağlı yaşanan əsəbilikdən də xəbərdarıq”, – Peskov bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.