Blinken qiyamçıları Niger prezidentini və ailəsini dərhal azad etməyə- ÇAĞIRIB

ABŞ dövlət katibi Entoni Blinken qiyamçılar tərəfindən saxlanılan Niger prezidenti Mohamed Bazumla telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, Blinken bu barədə “Tviter”də (X) bildirib.

O, qiyamçıları dövlət başçısını və ailəsini dərhal azad etməyə çağırıb.

Söhbət zamanı Blinken həmçinin qeyd edib ki, Vaşinqton Nigerdə yaranmış konstitusiya böhranını həll etmək üçün dinc yollar axtarmağa davam edir.

Niger ordusu iyulun sonunda president Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdırıb. Ölkədə komendant saatı tətbiq olunub, dövlət qurumları işini dayandırıb.

Azpost.info

Əvvəlki məqalə

Lənkəranda dənizdə yaşlı kişi boğulub

Sonrakı məqalə

Rusiya mallarının ABŞ-a idxalı artıb