Rusiya mallarının ABŞ-a idxalı artıb

Rusiya mallarının ABŞ-a idxalı artıb.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın Hyustondakı baş konsulu Aleksandr Zaxarov bildirib.

Onun sözlərinə görə, may ayında Rusiyadan ABŞ-a mal idxalı 503 milyon dollara çatıb. Apreldə bu rəqəm 215 milyon dollar olub.

“Təbii ki, rəqəmlər Rusiya və ABŞ tərəflərinin nə potensialına, nə də imkanlarına uyğun gəlir. ABŞ biznesinin narahatlığı başadüşüləndir”, – Zaxarov bildirib.

O qeyd edib ki, ABŞ biznesi Rusiya ilə əməkdaşlığı bərpa etmək istəyir, çünki Afrika və Latın Amerikasındakı layihələr gəlirlilik baxımından onların iri biznesləri üçün o qədər də cəlbedici deyil.

Zaxarov əlavə edib ki, ABŞ yeni təchizat zəncirləri yarada bilər, lakin bu, uzun illər çəkəcək.

Azpost.info

Əvvəlki məqalə

Blinken qiyamçıları Niger prezidentini və ailəsini dərhal azad etməyə

Sonrakı məqalə

Borca görə axtarışda olan 107 nəfər saxlanılıb