Blinken Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib.

Bu barədə Entoni Blinken Tvitter paylaşımında bildirib:

“Aİ Şurasının Prezidenti Şarl Mişellə bu gün Ukrayna üçün dəstəyi, Cənubi Qafqaz sülhünü və bizim transatlantik tərəfdaşlığımızı dərinləşdirməyi müzakirə etmək əladır”, – Blinken qeyd edib.

Əvvəlki məqalə

Paşinyan Brüssel görüşünün Makron olmadan keçirilməsinə razılıq verib

Sonrakı məqalə

Sabunçuda ər arvadını qətlə yetirib