BMT Baş katibi COP29-da iştirak etmək niyyətindədir

BMT Baş katibi Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətindədir.

Bunu Prezident İlham Əliyevin qəbulunda BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart deyib.

Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun olacağını deyib.

Dövlət başçısı vurğuladı ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.