BMT Ermənistan və Azərbaycana müraciət edib

16 Noyabr 2021 - 21:56
“BMT Bakı və İrəvanı təmkinli olmağa və ziddiyyətləri dinc yolla həll etməyə çağırıb”.
Azpost.info bildirir ki, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Farhan Hak Azərbaycan-Ermənistan sərhədindəki son baş verənlərlə bağlı brifinqdə danışarkən bildirib.
Biz hazırda bir sıra məlumatları alırıq. Son baş verənləri izləyirik. Bununla bağlı narahatlıq doğuran informasiyaları yoxlamaq lazımdır”.
BMT tərəfləri 9 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanata uyğun hərəkət etməyə, bütün problemləri dinc yolla həll etməyə çağırıb.
“Biz əvvələlər müşahidə etdiyimiz gərginliyin qayıtmasından qaçmaq istəyirik”.