BMT-nin Baş katibi beş nüvə dövlətinin birgə bəyanatını alqışladı

04 Yanvar 2022 - 08:40

“BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı birgə bəyanatını alqışlayır”.

Bu fikirləri təşkilatın rəsmisi Stefan Düjarrik açıqlamasında bildirib. O qeyd edib ki, Baş katib beş nüvə dövlətinin nüvə müharibəsinin, eləcə də silahlanma yarışının qarşısını almaq üçün birgə bəyanatını alqışlayır.

Qeyd edək ki, yanvarın 3-də nüvə silahına malik 5 ölkə – Çin, Rusiya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Fransa nüvə silahına malik dövlətlər arasında müharibənin qarşısının alınmasını və silahlanma yarışının dayandırılması haqqında birgə bəyanat yayıblar.