BMT-nin İrana qarşı sanksiyaları 10 ildən sonra qüvvəyə mindi

BMT-nin İrana qarşı sanksiyaları on illik fasilədən sonra qüvvəyə minib.

AzPost bildirir ki, İrana qarşı beynəlxalq sanksiyalar cümə günü BMT Təhlükəsizlik Şurasında dəstək qazanmamasından sonra bərpa edilib. Rusiya və Çin sanksiyaların bərpasını altı ay təxirə salmağı təklif edirdi.

Qətnamənin lehinə 4 ölkə, əleyhinə 9 ölkə səs verib, iki ölkə isə bitərəf qalıb.

BMT Təhlükəsizlik Şurası 2006-cı ildə nüvə proqramına görə İrana qarşı sanksiyalar tətbiq edib və o vaxtdan bu sanksiyalar bir neçə dəfə sərtləşdirilib. 2015-ci ildə Tehranın məhdudiyyətlərin aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdırmağa söz verdiyi razılaşmalar əldə edilib və 2016-cı ilin yanvarında sanksiyalar rəsmən ləğv edilib.

Sanksiyaların bərpası İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasına yönəlmiş aylardır davam edən diplomatik səylərin kulminasiyası olub. Bu danışıqlar 2025-ci ilin iyununda İsrail və ABŞ tərəfindən İran obyektlərinin bombalanmasından sonra iflasa uğrayıb. Buna baxmayaraq, Qərb liderləri dialoq üçün kanalların açıq qaldığını bəyan ediblər.

ABŞ dövlət katibi Marko Rubio İranı xoş niyyətə əsaslanan birbaşa danışıqları qəbul etməyə çağırıb.

İran yenilənmiş sanksiyaları əsassız  adlandırıb. İran Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, İran öz milli hüquq və maraqlarını qətiyyətlə müdafiə edir və onlara xələl gətirmək məqsədi daşıyan hər hansı hərəkət uyğun və qətiyyətli cavab alacaq.

Yenilənmiş sanksiyalara silah embarqosu da daxildir: Sanksiya uranın zənginləşdirilməsi və təkrar emalı üzrə bütün işlərə və nüvə gücünə malik ballistik raketlərin hazırlanması və istehsalı ilə bağlı fəaliyyətlərə qadağa, onlarla İran vətəndaşının səyahət qadağası, çoxsaylı fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulması və İranın nüvə proqramında istifadə oluna biləcək hər hansı materialın tədarükünün qadağan edilməsini əhatə edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.