“BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir” –

Rusiya səfiri
01 Dekabr 2020 - 12:00

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda işçilərinin sayını 400 nəfərə çatdırmaq niyyətindədir.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Bu gün BQXK münaqişə yerində fəaliyyət göstərən yeganə beynəlxalq humanitar təşkilatdır. Təşkilat işçilərinin sayını 400 nəfərə çatdırmağı planlaşdırır. BQXK missiyasının əməkdaşlarının vəzifələri arasında hərbi əsirlərin mübadiləsi, həlak olanların cəsədlərinin axtarışı və şəxsiyyətlərinin müəyyənləşdirilməsi var. Rusiya sülhməramlılarının köməyi ilə tərəflər arasında meyitlərin mübadiləsi üzərində iş artıq gedir”, – deyə rusiyalı diplomat vurğulayıb.