“BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir” –Rusiya səfiri

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda işçilərinin sayını 400 nəfərə çatdırmaq niyyətindədir.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Bu gün BQXK münaqişə yerində fəaliyyət göstərən yeganə beynəlxalq humanitar təşkilatdır. Təşkilat işçilərinin sayını 400 nəfərə çatdırmağı planlaşdırır. BQXK missiyasının əməkdaşlarının vəzifələri arasında hərbi əsirlərin mübadiləsi, həlak olanların cəsədlərinin axtarışı və şəxsiyyətlərinin müəyyənləşdirilməsi var. Rusiya sülhməramlılarının köməyi ilə tərəflər arasında meyitlərin mübadiləsi üzərində iş artıq gedir”, – deyə rusiyalı diplomat vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb

Sonrakı məqalə

“İlkin versiyada bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun” –