Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanının bir ədədi dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək.
Azpost.info marja.az-a istinadən xəbər verir ki, dövlət satınalma reyestrinə əsasən, müqavilə dekabrın 24-də “MG Construction” MMC-yə verilib.
Müqavilənin ümumi dəyəri 920 min manatdır.
Şirkətin veb saytında (mgconstruction.az/shop-2/) onun istehsalında yol nişanlarının olması barədə məlumat yoxdur.