Boksçumuz Sərxan Əliyev bürünc medal qazanıb

Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını qazanıb.

Azərbaycan Boks Federasiyasından bildiriblər ki, komandamızın aktivinə ikinci bürünc medalı Sərxan Əliyev (71 kq) əlavə edib.

İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatdığından S.Əliyev bürünc medalla kifayətlənib. Ondan əvvəl yığmamızın üzvü Məhəmməd Abdullayev (+92 kq) də mundialı 3-cü pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlı aşpazın balıq kababı “Youtube”də 20 milyon baxış topladı –

Sonrakı məqalə

“Azərxalça”nın həbsdə olan sabiq sədri Vidadi Muradov vəfat edib