Azərbaycanlı aşpazın balıq kababı “Youtube”də 20 milyon baxış topladı –VİDEO/FOTOLAR

“Youtube”də Qəbələdən olan məşhur bloqer -aşpazın yemək bişirmək kadrlarına 20 milyona yaxın baxış olub.

Azpost.info bildirir ki, onun nərə balığından hazırladığı kabab böyük maraq doğurub. Aşpaz 250 dollara aldığı nərə balığını gözəl təbiət mənzərəsi fonunda bişirir. Daha sonra o kənd uşaqlarını stol ətrafına yığaraq  onları kababa qonaq edir.

Bu kadrlar dünyann 4 bir yanından çox təsirli reaksiya doğurub. 15 mindən artıq istifadəçi bu görüntülərə şərh yazıb və aşpazın bu hərəkəti alqışlanıb.

ABŞ-dan, Avropadan, Yeni Zelandiyadan, Alyaskadan, Banqaladeşdən, Türkiyədən, Almaniyadan, Argentinadan, Braziliyadan şərh yazanlar Azərbaycan haqqında fikirlərini yazıblar:

“Azərbaycanın gözəl təbiəti qoynunda belə qastronomik görüntülər, əladır”.

“Çox gözəl görünür. Bu uşaqlar illər keçəndən sonra başa düşəcəklər bu onların həyatında ən gözəl günlərdən biri olub”.

“İndiyə qədər yadımdadır, Azərbaycandan olan qonşum hətta qışda belə manqalda belə ət bişirirdi, sonra da bütün qonşularla paylaşırdı. Mən Belçikada yaşayıram”.

“Alyaskada divanda oturub Azərbaycandan olan kişinin dağda necə balıq bişirməsinə baxıram. Əladır”.

“Uşaqlar bir-biri ilə çox yaxşı davranırlar. Bu insanın simasındakı gülüş çox xoşuma gəlir. Uşaqları yemək vermək onun ürəyindəndir”.

“Təkcə bacarıqlı aşpaz yox, həm də xeyirxah ürəyə malik adamdır. Salamlar”.

“Azərbaycan bu adamı “ölkənin səfiri” kimi təqdim etsin. O ölkəsinin və mətbəxinin necə gözəl olduğunu göstərir”.

“Yeni Zelandiyadan yazıram. Kadrlar məni rahatlıq gətirir. Uşaqları yemək vermək gözəldir. Sağ olun”-deyə istifadəçilər yazıblar.

Qeyd edək ki, Qəbələdən olan bu bloger-aşpaz vəhşi təbiət qoynunda müxtəlif yeməkləri təbii yollarla bişirir. Onun çəkilişləri “Youtube”da populyardır və milyonlarla baxış var.

Azpost.info 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DSX-nın hərbi qulluqçusu təlim zamanı həlak olub

Sonrakı məqalə

Boksçumuz Sərxan Əliyev bürünc medal qazanıb