Bolqarıstan Rusiyanın bu ölkədəki diplomatik missiyasının 10 əməkdaşını “persona non qrata” elan edib.
Azpost.info xəbər verir ki, bu barədə Bolqarıstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Rusiya səfirliyinin əməkdaşlarına hazırlaşmaq üçün 72 saat vaxt verilib.
Diplomatlara qarşı bu addımın hansı səbəbdən atıldığı hələlik məlum deyil. Bolqarıstan XİN-də ölkədən çıxarılmanın standart ifadəsi var – “diplomatik statusa uyğun gəlməyən hərəkətlərə görə”. Bu da bir qayda olaraq, kəşfiyyat fəaliyyətində şübhəli bilinən şəxslərə münasibətdə istifadə olunur.
Bolqarıstan son illərdə bir neçə dəfə rus diplomatlarını ölkədən çıxarıb. Lakin eyni vaxtda səfirliyin 10 əməkdaşının çıxarılması rekord göstəricidir.
Azpost.info