“Pulları əlimizdən aldılar…”Qara gün” gəlib çatdı”-Araz Ağalarov sanksiyalardan danışdı

“Bu gün dolların məzənnəsi ilə bağlı hər hansı fikir səsləndirmək mənasızdır. İndi sadəcə olaraq ölkə miqyasında iş yerlərini saxlamaq lazımdır. Çünki bütün logistika zəncirləri qırılır”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyada çalışan azərbaycanlı biznesmen Araz Ağalarov  “Komsomolskaya pravda” qəzetinə verdiyi müsahibədə Rusiyaya qarşı sanskiyaların yaratdığı vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, hətta yerli tədarükçülər istehsal etdikləri məhsulları vaxtında tədarük edə bilmirlər: “Çünki məhsulların bir hissəsi idxal olunan tərkibə sahibdir. Beləliklə, bütün gücü insanların, istehsalatın, hazırda hələ də işləyən və işləyə biləcək hər şeyin qorunub saxlanılmasına yönləndirmək lazımdır”.

A.Ağalarov deyib ki, təkcə daşınmaz əmlak deyil, bütün aktivlər heç vaxt olmadığı qədər ucuzlaşıb.

Biznesmen “sanksiyalarla bağlı nə etmək lazımdır?” sualına cavabında təkliflərini açıqlayıb.

“Üç əsas məsələ var: Müəssisələrin xərclərini sıfıra endirmək lazımdır. Həmişə “qara gün” üçün pul yığdığımızı deyirdik. Budur həmin “qara gün” gəlib çatıb. Altı aylıq vergi tətili olmalıdır. Həmçinin borclar, gömrük rüsumlarının ödənilməsi üzrə tətillər olmalıdır. Yəni, sadəcə olaraq ölkəyə məhsul gəlməsi, insanların işləməsi, istehsalın dayanmaması üçün bu, lazımdır. Vəziyyət çox gərgindir. Və üstəlik əgər biz buna vergi, gömrük və borc yükü qoysaq, çox sayda müəssisə bu yükün altından çıxa bilməyəcək”.

A.Ağalarov deyib ki, Rusiyada tədürük zənciri yenidən qurulur. Ölkə bazarına mallar Cənub-şərqi Asiyadan, Türkiyədən gətirilməlidir: “Bəzi məhsullar gətirilə, bəziləri dəyişdirilə bilər… Hazırda söhbət həm iqtisadiyyatın, həm də tədarük zəncirlərinin tam olaraq yenidən qurulmasından gedir. Hər kəs bu gün bununla məşğuldur”. 

Biznesmen dolayısı yolla hökuməti “qara gün” üçün “pul yığmaq” siyasətini tənqid edib: “Mən həmişə deyirdim ki, pulu işə, istehsala yatırmaq lazımdır. Hətta borc da toplamaq lazımdır. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrinin iri həcmdə borcları var. Biz isə pul yığırdıq, onları hansısa “fincanlara” yığırdıq. İndi də sadəcə onları bizim əlimizdən aldılr”.

Araz Ağalarov deyib ki, hazırda 120 milyard rubl borcu var.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bolqarıstan 10 rus diplomatını “persona non qrata”elan edib –

Sonrakı məqalə

İlham Əliyev Novruz bayramı münasibətilə xalqı təbrik edib