Bolqarıstanda keçmiş baş nazir və vəzifəli şəxslər saxlanılıb –Xüsusi əməliyyat

Bolqarıstanın keçmiş baş naziri, “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” partiyasının lideri Boyko Borisov həbs olunub.

Azpost.info xəbər verir ki, Borisovun Birləşmiş Avropa Prokurorluğunun araşdırmaları ilə bağlı xüsusi polis əməliyyatı çərçivəsində saxlanıldığı bildirilir. Məlum olub ki, Avropa Prokurorluğu Bolqarıstanda 120 iş üzrə genişmiqyaslı əməliyyat aparır. Borisovdan başqa, ölkənin keçmiş maliyyə naziri Vladislav Qoranov, parlamentin maliyyə komissiyasının keçmiş sədri Menda Stoyanova və hökumətin informasiya xidmətinin keçmiş rəhbəri Sevdalina Arnaudova da saxlanılıb.

Daxili İşlər Nazirliyi təfərrüatları açıqlamasa da, Bolqarıstan Milli Televiziyası həbslərin Avropa İttifaqının yardımından sui-istifadə hallarının araşdırılması ilə bağlı olduğunu bildirib. Ölkənin bir çox ünvanlarında axtarışlar və sənədlərin götürülməsi olub.

Bolqarıstanın baş naziri vəzifəsini icra edən Kiril Petkov bir sıra keçmiş yüksək vəzifəli məmurların saxlanılması xəbərini “Facebook” səhifəsində belə şərh edib: “Heç kim qanundan üstün deyil!”.

Boyko Borisov 2009-cu ilin iyulundan 2013-cü ilin martına, 2014-cü ilin noyabrından 2017-ci ilin yanvarına və 2017-ci ilin mayından 2021-ci ilin mayına qədər Bolqarıstan hökumətinə rəhbərlik edib.

Martın 13-də yenidən partiya sədri seçilib. Onun namizədliyini partiya qurultayının 943 nümayəndəsi dəstəkləyib, əleyhinə səs verən və bitərəf qalan olmayıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şuşada BMT-yə daxil olmağımızın 30 illiyinə həsr olunmuş toplantı keçiriləcək

Sonrakı məqalə

“Putində buna dair heç bir əlamət görmürük” –