Şuşada BMT-yə daxil olmağımızın 30 illiyinə həsr olunmuş toplantı keçiriləcək

Martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları artıq təyyarə ilə Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Hava limanı ilə yaxından tanışlıqdan sonra iştirakçılar Zəfər yolu ilə Şuşaya yola düşəcəklər.

Şuşa toplantısının təşkilində əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platformanın yaradılmasının, həmçinin postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərinin və imkanlarının müzakirə edilməsidir.

Toplantı iştirakçıları arasında Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəmizki rezident əlaqələndiricisi, təşkilatın Azərbaycandakı qurumlarının rəhbər şəxsləri yer alırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda güclü külək əsəcək, sulu qar yağacaq –

Sonrakı məqalə

Bolqarıstanda keçmiş baş nazir və vəzifəli şəxslər saxlanılıb –