Borca görə axtarışda olan 107 nəfər saxlanılıb

Avqustun 8-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 56 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə DİN mətbuat xidməti məlumat verib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Rusiya mallarının ABŞ-a idxalı artıb

Sonrakı məqalə

Finlandiya “Heineken”lə əməkdaşlıqdan imtina etdi