Boris Conson koronavirusdan sağalıb

Böyük Britaniyanın Baş Naziri Boris Conson koronavirusdan sağalıb.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, B. Consonun sözçüsü bildirib ki, xəstəxanadan çıxmazdan əvvəl Baş Nazirdən COVID-19-la bağlı götürülmüş analizin nəticəsi mənfi olub.

Consonun sözçüsü onun nə zaman işinə qayıdacağının məlum olmadığını, hələlik Çequersdə Baş Nazirə məxsus evdə müalicəsini davam etdirdiyini vurğulayıb.

Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, virusun simptomları hələ də özünü göstərir və yüksək hərarəti var. Aprelin 5-də  B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 9-da axşam saatlarında isə Boris Conson reanimasiyadan palataya köçürülüb. Aprelin 12-də isə o, xəstəxanadan evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Astarada karantini pozan ata və oğlu həbs edildi

Sonrakı məqalə

Nazirlik: