Böyrək çatışmazlığından əziyyət çəkənlərin qidalanarkən riayət etməli olduqlarıQAYDALAR

Kəskin böyrək çatışmazlığı böyrəklərin öz funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Bunun nəticəsi olaraq böyrəklər bədəndə olan zəhərli maddələri xaric edə bilmir. Bu zaman orqanizmdə olan su və mineral duzların tarazlığı pozulur.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, böyrək çatışmazlığının müalicəsi zamanı və ondan sonra böyrəkləri qorumaq üçün düzgün qidalanma həlledici rol oynayır.

Həmin xəstəlikdən əziyyət çəkən insanlara ev yeməklərinə üstünlük vermək, yağlı və xəmir yeməklərinin istehlakını azaltmaq tövsiyə olunur. Böyrək xəstəliyindən əziyyət çəkənlərin duzsuz və ya tərkibində az miqdarda duz olan qidalara üstünlük verməsi məsləhət görülür. Onlar, həmçinin qida rasionundan spirtli içkiləri çıxarmaqla yanaşı, tütün məhsullarından da mümkün qədər uzaq durmalıdırlar.

Eyni zamanda, kalium tərkibli qida məhsullarından – banan, portağal, kartof, ispanaq və pomidordan istifadə mümkün qədər azaldılmalıdır. Bundan əlavə, natrium tərkibli qida məhsullarının – konservləşdirilmiş, dondurulmuş, hazır qida və fast-fudların, eləcə də fosfor və zülal tərkibli qidaların, yəni ət, süd, qoz-fındıq, paxlalı bitkilər və quru meyvələrin istehlakı məhdudlaşdırılmalıdır(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah güclü külək olacaq

Sonrakı məqalə

Türk Şurasının baş katibi qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb