Qəribə də gəlsə, dişlərin çəkilməsi boyun ağrılarına səbəb ola bilər.
Azpost.info xəbər verir ki, bunu rusiyalı osteopat həkim, nevroloq Andrey Galkin deyib.
Onun sözlərinə görə, uzun müddət dişlərin olmaması üz və boyun əzələlərində ağrılı spazmlara səbəb ola bilər. Boyun ağrıları diş çəkildikdən sonra yaranan iltihab nəticəsində başlayır.
“Diş çəkilməsində başqa, dil əzələlərinin, qalxanabənzər vəzin, badamcıq bölgəsinin iltihabı da ağrı yarada bilər. Əslində, boyun yaxınlığında meydana gələn hər hansı bir iltihablı proses bu və ya digər şəkildə ağrıya səbəb ola bilir. Bütün bunların öhdəsindən gəlmək üçün ilk növbədə problemin mənbəyini müəyyən etmək lazımdır”, – Qalkin bildirib.
Həkim əlavə edib ki, düzgün olmayan yuxu mövqeyi və başın yastığa qoyulması da ağrının səbəbi ola bilər. Belə ki, yumşaq yastıqlar boyun əyilmələrinə və əzələlərdə gecə bərpa olunmayacaq təzyiqə səbəb olur. Uzun müddət kompüter arxasında oturmaq və smartfondan istifadə nəticəsində inkişaf edən əyilmə də boyuna mənfi təsir göstərir.
Azpost.info