“Bravo”ya silahlı hücumda təqsirləndirilənlərə hökm oxunub- FOTO

“Bravo”ya silahlı hücumda təqsirləndirilən şəxslərə hökm oxunub.

Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Dəyanət Qüdrətov ömürlük azadlıqdan məhrum edilib.

Azər Məmmədov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, İbrahim İbrahimov 19 il müddətinə azadlıqdan məhrum ediliblər(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.