Braziliya prezidenti Luis da Silva Ukrayna üzrə iyunun 15-16-da İsveçrədə keçiriləcək sülh sammitində iştirakdan imtina edib.
Azpost.info xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.
Telekanalın məlumatına görə, sammitdə münaqişənin hər iki tərəfi iştirak etməyəcəyi üçün Braziliya hökuməti prezidentin iştirakını mənasız sayır.
Qeyd edək ki, Rusiya nümayəndələri tədbirə dəvət edilməyib.
Lula da Silvanı konfransa İsveçrə kansleri İnazio Kassis dəvət edib. O, Braziliyanın əhəmiyyətini və inkişaf etməkdə olan ölkələr arasında təsirini vurğulayıb.
Azpost.info