Braziliya yığması yarımfinala vəsiqə qazana bilmədi

Braziliya yığması ABŞ-da keçirilən Amerika Kubokunun 1/4 finalında Uruqvaya məğlub olub.

Oyunun əsas vaxtında hesab açılmayıb, penaltilər seriyasında uruqvaylılar daha güclü olublar (4:2).

Yarımfinalda Uruqvay 1/4 finalda Panamaya 5:0 hesabı ilə qalib gələn Kolumbiya ilə qarşılaşacaq.

Digər yarımfinal cütünün Argentina və Kanada olduğu bildirilir.

Qeyd edək ki, Argentina Amerika Kubokunun hazırkı qalibidir və Uruqvayla birlikdə turnirin ən titullu iştirakçısıdır (onlar kuboku 15 dəfə qazanıblar). (Azərtac)

Əvvəlki məqalə

Britaniyanın yeni xarici işlər naziri ilk səfərini Almaniyaya edib

Sonrakı məqalə

59 yaşlı abituriyent bu gün qəbul imtahanı verib