Braziliyalı futbolçu qadına təcavüz ittihamı ilə həbs edildi

İspaniya məhkəməsi Barselonanın gecə klubunda qadına qarşı cinsi təcavüz ittihamı ilə braziliyalı futbolçu Dani Alvesin həbsinə qərar verib.

“Reuters” xəbər verir ki, ittiham aktını rədd edən 39 yaşlı futbolçu Barselona yaxınlığındakı “Brians 1” həbsxanasına aparılıb.

Cümə günü yerli polis Alvesi saxlayıb sorğu-sual etdikdən sonra o, hakim qarşısına çıxıb. Dövlət ittihamçısı onun mühakimə olunana qədər zaminə buraxılmadan həbs edilməsini istəyib.

Kataloniya Məhkəməsinin məlumatında deyilir ki, cinsi təcavüzə məruz qaldığını iddia edən qadın bu ayın əvvəlində şikayət edib və iş açıq qalır.

Alves bir müddət öncə “Antena 3” TV-yə Barselona klubunda insanlarla birlikdə olduğunu bildirsə də, cinsi təcavüz faktını rədd edib.

Əvvəlki məqalə

İrandan Azərbaycana 13 kq narkotik vasitə keçirmək istədi, saxlanıldı

Sonrakı məqalə

Məşhur müğənni adını dəyişdirdi