“Brent” markalı neftin qiyməti 56 dollardan aşağı düşüb

01 Fevral 2020 - 08:32

“Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 23:14 (GMT+4) üçün 2,45 faiz düşərək 55,93 dollar/barel olub.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, son dəfə “Brent” markalı neftin qiyməti 56 dollardan/barel aşağı ötən il avqustun 7-si olub.

“WTI” markalı neftin mart fyuçerslərinin qiyməti isə 1,8 faiz düşərək 51,14 dollar/barel təşkil edib.