“BRİKS-in dünya iqtisadiyyatındakı payı G7-nin payını keçəcək”- PUTİN

Cari ilin sonunda alıcılıq qabiliyyəti pariteti baxımından BRİKS-ə üzv ölkələrin dünya iqtisadiyyatında payı 36,7 faiz təşkil edəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS sammitində deyib.

Onun sözlərinə görə, bu rəqəm G7 dövlətlərinin payını inamla üstələyir.

“2024-cü ilin sonunda alıcılıq qabiliyyəti pariteti baxımından BRİKS ölkələrinin payı 36,7 faiz təşkil edəcək ki, bu da G7 qrupunun payını inamla üstələyir”, – Putin bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.