“Britaniya Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”

- Səfirdən açıqlama
18 Oktyabr 2019 - 14:23

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə videomüraciət yayımlayıb.

APA-nın xəbərinə görə, səfir Azərbaycan dilində yaydığı videomüraciətdə Azərbaycan xalqını 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

“18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Böyük Britaniya Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və ona firavanlıq arzulayır”, – deyə səfir videomüraciətdə qeyd edib.