“Britaniya Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”- Səfirdən açıqlama

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə videomüraciət yayımlayıb.

APA-nın xəbərinə görə, səfir Azərbaycan dilində yaydığı videomüraciətdə Azərbaycan xalqını 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

“18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Böyük Britaniya Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və ona firavanlıq arzulayır”, – deyə səfir videomüraciətdə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan ən çox hansı ölkələrdən məhsul idxal edir?

Sonrakı məqalə

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb