Britaniya Kralı ictimaiyyət qarşısına cırıq corablarda çıxıb- FOTO

Böyük Britaniya Kralı III Çarlz deşikli corablarda ictimaiyyət qarşısına çıxıb.

Azpost.info xəbər verir ki,monarxın səliqəsiz görünüşü fotoqraflarının diqqətindən yayınmayıb.

Məlumata görə, Kral və Kraliça Londondakı məscidə gəliblər. Ziyarət zamanı onlardan ayaqqabılarını çıxarmaq tələb olunub.

İnternetdə yerləşdirilən şəkillərdə Britaniya taxt-tacının sahibinin corablarında deşik olduğu ortaya çıxıb. Bununla belə ingilislər kralı sərt tənqid etməyiblər. Məsələn, Kamilla Regbrit adlı  “Tviter” istifadəçisi belə yazıb: “Hətta Böyük Britaniya kralının corabında deşik var”. Başqa bir britaniyalı yazıb: “Mən əminəm ki, o, yeni corab almaq əvəzinə o corabları tikəcək”.

Azpost.info

Əvvəlki məqalə

“Türkiyə, səninləyik!” –

Sonrakı məqalə

Qazaxıstanın Rusiya ilə sərhədində zəlzələ olub