Böyük Britaniyanın Vergi Xidməti Moskva birjasını “tanınan birja statusu”ndan məhrum edir.
Azpost.info xəbər verir ki, bu barədə Britaniya Vergi Xidməti məlumat yayıb.
Məlum statusun ləğvi o deməkdir ki, investorlar gələcəkdə Moskva Birjasında qiymətli kağızların ticarəti zamanı Britaniyanın müəyyən vergi güzəştlərindən istifadə edə bilməyəcəklər. “Ukrayna ilə qeyri-qanuni müharibəsinə cavab olaraq Rusiyanı təcrid etməyə davam edirik. Moskva fond birjasının statusunun geri götürülməsi aydın mesaj verir – Rusiyaya yeni investisiyaların heç bir mənası yoxdur”, – qrumun rəsmisi Lüsi Freyzer bildirib.
Azpost.info