Britaniya Müdafiə Nazirliyi ilk dəfə kvant kompüterindən istifadəyə başlayıb

Böyük Britaniya Müdafiə Nazirliyi “Orca İT” texnologiya şirkəti ilə əməkdaşlıq çərçivəsində kvant kompüterindən istifadə etməyə başlayıb.

Böyük Britaniya hökumətində bu tip kompüter ilk dəfədir istifadə olunur. Nazirlik ölkənin müdafiə strategiyasında kvant texnologiyasının imkanlarını araşdırmağı qarşısına məqsəd qoyub.

Kvant hesablama texnologiyası gündəlik həyatımızda istifadə etdiyimiz kompüterlərdən çox fərqlidir. Mütəxəssislər hesab edirlər ki, kvant texnologiyası bir çox sahədə inqilab yarada bilər, lakin bugünkü kvant kompüterlərinin saxlanması çətin və sayca az olduğundan bu texnologiyadan hələ geniş istifadə olunmur.

“Orca İT”-n istehsalı olan kvant kompüteri isə ümidverici təsir bağışlayır. Kompüterin içindəki kubit sisteminin dondurularaq saxlanmasına ehtiyacı aradan qaldırır və buna uyğun olaraq istifadəni asanlaşdırır.

Britaniya Müdafiə Nazirliyi “Orca İT” tərəfindən hazırlanmış, otaq temperaturunda işləyə bilən və ölçüləri daha kiçik olan bu PT-1 kvant kompüterindən araşdırma məqsədi ilə istifadə edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.