Ukrayna ilə Böyük Britaniya arasında imzalanan təhlükəsizlik sazişinin müddəti 10 ildir.
Azpost.info xəbər verir ki, əgər Ukrayna bu müddət bitmədən NATO-ya daxil olarsa, təhlükəsizlik öhdəlikləri NATO sisteminə daxil ediləcək.
“Mən Böyük Britaniyanın Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməsini və ölkəmizin təhlükəsizliyinin bütün Avro-Atlantik təhlükəsizliyin bir hissəsi olduğunu qəbul etməsini xüsusilə yüksək qiymətləndirirəm”, – Zelenski bildirib.
Razılaşma Ukrayna və Böyük Britaniya arasında təhlükəsizlik zəmanətinin təmin edilməsi üzrə məsləhətləşmələrin ikinci raundunun nəticəsidir.
Rişi Sunak xatırladıb ki, Böyük Britaniya bu il Ukraynaya 2,5 milyard funt sterlinq dəyərində hərbi yardım ayıracaq.
Azpost.info