“Böyük Britaniya və ABŞ İsrailin fələstinlilərə qarşı cinayətlərini ört-basdır etməyi dayandırmalıdır”.
Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian britaniyalı həmkarı David Kamerona deyib.
“Davosda David Kameronla görüşdə biz müxtəlif məsələləri, eləcə də regionda baş verən hadisələri müzakirə etdik. Mən bildirdim ki, ABŞ və Böyük Britaniya hərbi cinayətləri dəstəkləməyi dərhal dayandırmalıdır”, – Abdullahian bildirib.
O qeyd edib ki, Vaşinqton və Londonun İsrail Baş naziri Binyamin Netanyahuya görə regionun təhlükəsizliyinə xələl gətirməyə haqqı yoxdur.
Azpost.info