Britaniya və Yaponiya ikitərəfli təhlükəsizlik sazişi imzaladı

Böyük Britaniya ilə Yaponiya arasında ikitərəfli təhlükəsizlik sazişi imzalanıb.

Yaponiyanın Baş naziri Fumio Kişida Londonda Britaniyanın Baş naziri Boris Consonla görüşərək sazişi imzalayıb.

Müqavilə Böyük Britaniya və Yaponiyanın silahlı qüvvələrinin birgə təlimi, o cümlədən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə birgə fəaliyyətinin artırılmasına yönəlib.

Böyük Britaniya və Yaponiya Hind-Sakit okean regionunda əlaqələri gücləndirmək üçün təhlükəsizlik sazişi imzalamağa və Rusiya karbohidrogenlərindən asılılığı azaltmaq üçün tədbirləri müzakirə etməyə hazırlaşır. Qeyd edilib ki, Böyük Britaniya Yaponiya ilə belə bir müqavilə bağlayan ilk Avropa ölkəsidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.