“Britaniya və Aİ Rusiyanın G20-dəki çıxışını boykot etməyə çağıracaq”- “The Telegraph”

Britaniya və Avropa İttifaqı (Aİ) Rusiyanın xarici işlər naziri Sergey Lavrovun G20 sammitindəki çıxışını boykot etməyə çağıracaq.

Azpost.info xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Aİ nümayəndəsi qəzetə bildirib ki, tədbirdə Rusiyanı təcrid etmək üçün əllərindən gələni edəcəklər: “Bu, həm də onların Lavrov və ya Rusiya nümayəndə heyətində təmsil olunan şəxslərlə görüşməsinə mane olmaq və ya Rusiya danışan zaman insanların zaldan çıxmasını təmin etmək deməkdir”.

Qəzetin yazdığına görə, G20-yə qatılan avropalılar qeyd edəcəklər ki, Rusiya ilə Ukrayna arasında sülh yalnız Kiyevin şərtləri ilə mümkündür.

“The Telegraph” İtaliya, Almaniya, İspaniya və Fransanın Rusiyanı təcrid etmək səylərinə töhfə verəcəyini gözləyir. Bununla belə, bir mənbə Moskva və Pekinin ölkələrin birgə bəyanatını “yumşaltmağa” çalışacağından narahatlığını ifadə edib. Qəzetin həmsöhbəti Rusiya ilə Çin arasındakı münasibətləri “sərhədsiz dostluq” kimi qiymətləndirib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya ilə Ukrayna arasında sülh üçün yollar tapmaq lazımdır”

Sonrakı məqalə

“Sosial şəbəkəyə nifrət edirəm…Anamı bağışlamışam” –