“Sosial şəbəkəyə nifrət edirəm…Anamı bağışlamışam” –CENİFER ENİSTON HƏYATINDAN DANIŞIB /FOTO

Məşhur Hollivud aktrisası Cenifer Eniston EKO jurnalına müsahibəsində özü ilə bağlı maraqlı fikirlər deyib. 

Azpost.info bildirir ki, valideynləri ilə münasibətlərinə dair danışan Eniston deyib ki, anasını bağışlayıb. Qeyd edək ki, Cenifer uşaq olarkən atası onları ataraq gedib. 90-cı illərdə isə aktrisa bir müddət heç bir valideyni ilə əlaqə saxlamayıb. “Mən ailəmi bağışlamışam. Bu mühümdür. Kin və inciklik saxlamaq zəhər kimidir. Mən başa düşdüm ki, anam heç vaxt bunu özünə yaxın buraxmayıb. Yadımadır ki, dedim: “Ana, sağ ol ki mənə necə olmaq lazım gəldiyini göstərdin” .

Eniston ona populyarıq gətirmiş məşhur “Dostlar” serialından danışıb: “Elə adamlar var ki, deyrilər “Dostlar”a baxmaq onu xəstəlikdən xilas edib. Biz çəkiliş zamanı bir-birimizi çox sevirdik, qayğı göstərirdik. Mən bilmirəm, bu serial niyə indiyə qədər belə diqqətdədir? Orada ayfonlar yoxdur – Sadəcə adamlar bir-biri ilə danışırlar. İndi daha heç kim bir-biri ilə danışmır”.

Aktrisa sosial şəbəkələrə olmadığını açıqlayıb: “Sosial şəbəkəyə nifrət edirəm. Onlardan başım çıxmır. Mənim üçün bu işgəncədir”. 

Aktrisa 53 yaşında özünü çox gözəl hiss etdiyini deyib: “Mən özümü 20, 30 hətta 40 yaşımda olduğundan gözəl hiss edirəm. Biz özümüzü pis şeylər danışmaqdan çəkindirməliyik. Sizin bir gün 65 yaşınız tamam olacaq və o zaman düşünəcksiniz ki, 53 yaşında necə də əla və sağlam idiniz”-deyə Eniston bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

“Britaniya və Aİ Rusiyanın G20-dəki çıxışını boykot etməyə çağıracaq”

Sonrakı məqalə

“Vosmoy bazarı”nda ciddi pozuntular aşkarlanıb –