Britaniya “Vaqner”i qadağan olunmuş təşkilatlar siyahısına əlavə edib və onu terror təşkilatı kimi tanıyıb.
Azpost.info xəbər verir ki, bu barədə hökumətin açıqlamasında bildirilir.
“Qərar dərhal qüvvəyə minir. Böyük Britaniyada “Vaqner” qrupunun üzvü olmaq və ya onu fəal şəkildə dəstəkləmək cinayət hesab edilir. Bu cinayəti törətməyə görə 14 ilə qədər həbs və cərimə cəzası nəzərdə tutulub”, – açıqlamada deyilir.
Britaniyanın daxili işlər naziri Suella Braverman daha əvvəl “Vaqner”i “Putin Rusiyasının xaricdəki hərbi aləti” adlandırmışdı.
“Vaqner” quldurluq, işgəncə və vəhşicəsinə qətllərdə iştirak edir. Onun Ukrayna, Yaxın Şərq və Afrikadakı əməliyyatları qlobal təhlükəsizliyə təhdid yaradır”, – Braverman parlamentdə çıxışı zamanı deyib.
Azpost.info