Britaniyada avtomobil istehsalı rekord səviyyədə azalıb

Böyük Britaniyada avtomobil istehsalı rekord səviyyədə azalıb.

Britaniya Motorlu Nəqliyyat vasitələri İstehsalçıları və Satıcıları Assosiasiyasının açıqladığı məlumata əsasən, ölkədə avtomobil istehsalı ötən ilin oktyabr ayı ilə müqayisədə rekord səviyyədə azalıb.

Qlobal yarımkeçirici böhranının artmaqda davam etməsi və bəzi fabriklərin bir müddət bağlı qalmasından sonra, oktyabr ayında istehsalın illik 41,4 faizə çatdığı açıqlanıb. Bu 1956-cı ildən bəri ən aşağı səviyyədir.

Belə ki, bu ilin oktyabrında istehsal olunan avtomobillərin ümumi sayı 64 min 729 ədəd olub.

Oktyabr ayında baş verən bu kəskin azalma qlobal təchizat sahəsində davam edən problemin və ölkənin əsas istehsalçılarından biri olan “Honda”nın ötən iyul ayında öz fabrikində istehsalı dayandırmasının təsviri kimi qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Füzulidə minaya düşən hərbçilərimizin bir ayağı amputasiya edilib

Sonrakı məqalə

Doqquz ayı ərzində 103 min vətəndaş Ermənistanı birdəfəlik tərk edib