Britaniyada işsizlik yüksək həddə çatıb- Son 24 ilin rekordu yenilənib

Bu ilin aprel ayında Böyük Britaniyada işsizlik üzrə müavinətlərlə bağlı müraciətlərin sayı 1996-cı ildən bəri ən yüksək həddə çatıb.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, təkcə apreldə müraciətlərin sayı 856 500 ədəd artaraq 2,097 milyona çatıb.

Qeyd edilir ki, hökumətin işçilərin əməkhaqqının 80%-ni ödəməsi proqramı olmasa idi artım daha da kəskin ola bilərdi. Çünki ödənişsiz məzuniyyətə göndərilən, lakin bu proqramla əməkhaqqı alan işçilər müavinətlərlə bağlı müraciət edə bilməzlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya baş naziri koronavirusdan sağaldı

Sonrakı məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər