Britaniyadan Rusiyaya yeni sanksiya zərbəsi- SİYAHI

Böyük Britaniya Kreml elitasına və Rusiyanın pilotsuz təyyarələr və digər növ hərbi texnika tədarük edən müəssisələrinə  qarşı yeni sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya hökumətinin açıqlamasında deyilir.

“Qeyri-şəffaf maliyyə şəbəkələri vasitəsilə Putinlə əlaqəsi olan bir qrup şəxs də bugünkü sanksiyaların hədəfinə çevrilib. Kreml elitasının bu üzvləri öz mövqelərini və səlahiyyətlərini Putinə borcludurlar, sədaqətləri müqabilində  sərvət toplayıblar və dövlət müəssisələrinə nəzarət edirlər”, – Britaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Ümumilikdə, sanksiyalar paketi Kreml elitasının sərvət və gücünü saxlamağa kömək edən maliyyə şəbəkələri ilə əlaqəli 8 fiziki şəxsə (Boris Titov, Nikolay Yeqorov, Sergey Rudnov, Svetlana Krivonoqix, Viktor Myaçin, Aleksey Repik, Yevgeni Şkolov, Pavel Titov) həmçinin Rusiyanın Ukraynaya müdaxiləsi üçün pilotsuz təyyarələr də daxil olmaqla hərbi texnika təmin edən 6 müəssisəyə – Rusiya pilotsuz təyyarələri istehsalçısı CST, helikopterlərin hissələrini istehsal edən “RT-Komplekt”, hərbi texnikanın daşınmasını və çatdırılmasını təşkil edən “Oboronlogistics”, “Moskoms”, “Universalmash” və “Lipetsk” şirkətlərinə, hərbi aviasiya üçün proqram təminatı hazırlayan “Topaz” şirkətinə tətbiq edilib.

Azpost.info

Əvvəlki məqalə

“2003-də Etibar Məmmədov 3 faiz səs almışdı, İsa Qəmbəri ittiham etməsi…”-

Sonrakı məqalə

“Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb”