“2003-də Etibar Məmmədov 3 faiz səs almışdı, İsa Qəmbəri ittiham etməsi…”-Müsavatdan AMİP liderinə cavab

“Etibar Məmmədovun 2003-cü il hadisələrinə görə Müsavat Partiyası və İsa Qəmbəri ittiham etməsi əsassızdır”.

Bu barədə Azpost.info-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədovun OsmanqızıTV-də Müsavat Partiyası və İsa Qəmbərin ünvanına səsləndiridiyi ittihamlara cavab verərkən bildirib.

Gülağa Aslanlı əlavə edib ki, 2003-cü ildə keçirilən prezident seçkilərindən əvvəl müxalifət liderlərinin Londonda görüşü keçirilib. Həmin görüşdə vahid namizədin müəyyənləçməsi mümkün olmayıb. “Əgər vahid namizəd müəyyənləşsə idi o zaman demokratik dünyanın da dəstəyini qazanmaq mümkün olardı. Lakin bu baş vermədi və Etibar Məmmədov Əli Kərimli ilə birgə blok yaratdı. Həmin vaxt seçkilərin rəsmi nəticələrində belə, İsa Qəmbərin 14 faizə yaxın səs topladığı məlum olmuşdu. Etibar Məmmədovun səslərinin sayı isə 3 faiz civarında idi. Bu İsa Qəmbərin və Etibar Məmmədovun ətrafının nə qədər güclü olduğunu göstəricisidir. İndi onun İsa Qəmbəri ittiham etməsi yersiz və əsassızdır”, – deyə Müsavat yetkilisi vurğulayıb.

Gülağa Aslanlı Etibar Məmmədovun 1993-cü ildə tutduğu mövqeni də xatırladıb: “Etibar Məmmədov həmin vaxt qiyamçıların yanında yer aldı. İsa Qəmbərə “əlin qana batıb” deyən Etibar Məmmədov sonradan Sürət Hüseynov və qiyamı dəstəkləyən digər qüvvələrə bu sözü deyə bildimi? İndi İsa Qəmbəri ittiham etmək asandır. Etibar Məmmədov da yenidən siyasi səhnəyə çıxmaq və divident qazanmaq üçün bu tip açıqlamalarla şıxış edir. Lakin unudur ki, artıq onun kimilərinin siyasətdə yeri yoxdur. Cəmiyyət hər şeyi bilir”.

Hüseyn

Əvvəlki məqalə

“SOCAR-Türkiyə” beynəlxalq yardım gətirən yük gəmilərini pulsuz boşaldır –

Sonrakı məqalə

Britaniyadan Rusiyaya yeni sanksiya zərbəsi