“Britaniyalı diplomatların akkreditasiyasının ləğvi doğru addımdır”- Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi britaniyalı diplomatların akkreditasiyasının ləğvini doğru addım adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

“Britaniya səfirliyi Vyana Konvensiyalarında nəzərdə tutulmuş sərhədləri çox-çox kənara çıxardı. Amma ən əsası odur ki, söhbət təkcə məsələnin formal tərəfindən və bəyan edilən fəaliyyətin uyğunsuzluğundan deyil, xalqımıza ziyan vurmağa yönəlmiş təxribatçı hərəkətlərdən gedir”, – Zaxarova deyib.

Qeyd edək ki, Britaniyanın Rusiyadakı səfirliyinin 6 əməkdaşının akkreditasiyası kəşfiyyat fəaliyyətinin əlamətlərinə görə ləğv edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.