Britaniyanın Baş naziri Boris Conson Ukraynaya gəlib.
Azpost.info bildirir ki, bu barədə Zelenskinin Ofis rəhbərinin müavini Andrey Cibirqa məlumat verib.
“İndicə Boris Consonun Kiyevə səfəri başladı. Prezident Zelenski ilə təkbətək söhbəti başlanıb“- deyə o qeyd edib.
Bundan əvvəl yayılan xəbərə görə, Britaniya Ukraynaya Mastiff və Shakal tipli zirehli texnika göndərmələ bağlı plan hazırlayır. Bu texnikalar kəşfiyyat və uzaq məsafələr üçün patrul xidmətində istifadə edilə bilər.
“The Times” mənbəyə əsasən bildirib ki, Britaniya ordusu təlim keçirmək üçün Ukrayna ilə qonşu ölkəyə göndəriləcək.