“Britiş Petrolium”un rüblük gəlirləri açıqlanıb

Cari ilin üçüncü rübündə bp şirkətinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 faiz azalaraq 2,21 milyard dollar olub.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu göstərici analitiklərin orta proqnozu olan 2,02 milyard dollardan 9,4 faiz yüksəkdir.

Bildirilib ki, bp-nin bütün əsas bölmələri konsensus proqnozlarını üstələyib. Xüsusilə müştərilər və məhsullar bölməsi yüksək emal marjaları hesabına 1,7 milyard dollar mənfəət əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 381 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, ötən ilin üçüncü rübündə bp-nin gəlirləri 2,27 milyard dollar olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.