Brüsseldə “ŞərqTərəfdaşlığı”na üzv ölkələrin liderlərinin sammiti keçirilib –Prezident İlham Əliyev iştirak edib (YENİLƏNİB)

Dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

**

Brüsseldə “ŞərqTərəfdaşlığı”na üzv ölkələrin liderlərinin sammiti öz işinə başlayıb.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib.

Onun sözlərinə görə, görüşdən sonra Aİ Şurasının Prezidenti Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Brüsseldə keçirilən sammitdə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna liderləri iştirak edir. Belarus hökuməti “Şərq Tərəfdaşlığı”nda iştirakını dayandırdığı üçün sammitə qatılmayıb.

Avropa İttifaqına üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələri regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə sadiq olduqlarını təsdiq etmək, ortaq dəyərlər əsasında gələcək prioritet və planları müəyyənləşdirmək üçün bir araya gəlirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir