Brüsseldə üç dövlət binasında zəhərli məktublar tapılıb

Belçikanın paytaxtında Brüsseldə üç dövlət binasında tərkibində zəhərli toz olan məktublar tapılıb.

Bu barədə şəhər prokurorluğu məlumat yayıb.

“Üç müxtəlif yerdə – Kral II Albert bulvarında Dövlət Təhlükəsizlik Xidmətinin binası, Nəbatat bağı bulvarındakı ədliyyə nazirinin ofisi və Poulart meydanındakı məhkəmə binasında zəhərli ağ toz olan məktublar aşkarlanıb”, – prokurorluğun bəyanatında deyilir.

Qeyd olunur ki, tozla təmasda olan hər kəs təcrid olunaraq müayinə edilib. Ölən və yaralananlar olmayıb. Tədqiqatın ilkin nəticələri göstərib ki, tozun tərkibində zəhərli brusin maddəsi var.

Qəbul edildikdə brusin mərkəzi sinir sistemini qıcıqlandırır və əzələ ağrılarına səbəb olur.

Əvvəlki məqalə

Məhkəmə İlon Maskı ifadə verməkdən azad edib

Sonrakı məqalə

Fransa Ukraynaya əlavə 3 milyard avro hərbi yardım edəcək