“Bu görüşü mühüm və səmərəli hesab edirəm. Biz regionda situasiyanın inkişafı üçün birgə bəyanat imzalaya bildik”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Azərbaycan, Rusiya,Ermənistan liderlərinin Moskva görüşünü nəticələri ilə bağlı mətbuat konfransında bildirib.
Putin vurğulayıb ki, söhbət iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı istiqamətində konkret addımlardan gedir.
Onun sözlərinə görə, bununla bağlı üç dövlətin hökümət üzvlərinin iştirakı ilə işçi qrup yaradılacaq. “Ümid edirəm ki, bu razılaşmalar azərbaycanlı və erməni xalqının, bütövlükdə regionun, deməli həm də Rusiyanın maraqlarına xeyirnə olacaq”.