“Dağlıq Qarabağ problemi arxada qaldı” –Prezident İlham Əliyev Moskva görüşünü “mühüm” adlandırdı

“Dağlıq Qarabağ problemi arxada qaldı”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, Rusiya,Ermənistan liderlərinin Moskva görüşünün nəticələri ilə bağlı mətbuat konfransında bildirib.

Dövlət başçısı Moskva görüşünü mühüm olduğunu vurğulayıb və birgə bəyanat imzaladıqlarını deyib. “Bəyanatın əsas məqsədlərindən biri nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu Azərbaycanın,Ermənistanın və qonşu dövlətlərin maraqlarına uyğundur”.

Prezident noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatı xatırladaraq bildirib ki, bəyanatın çox hissəsinə əməl olunub.

İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ problemi artıq arxada qalıb: “Biz regionda təhlükəsizliyin təmin olunması barədə düşünməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu görüşü mühüm və səmərəli hesab edirəm” –

Sonrakı məqalə

Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub